Anar Hacıyev

Baş Maliyyə İnzibatçısı

Anar Hacıyev 1986-cı ildə Bakıda anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə bakalavr dərəcəsi alıb və 2010-cu ildə Troy Universitetində (ABŞ) Biznes İdarəçiliyi, İnkişaf İqtisadiyyatı və Beynəlxalq Münasibətlər üzrə MBA proqramını tamamlayıb.

2011-ci ildə SOCAR Midstream-də Marketinq üzrə mütəxəssis kimi fəaliyyətə başlayıb və daha sonra Layihə Koordinatoru (2015–2018) vəzifəsində çalışıb. 2018–2024-cü illərdə Kommersiya Departamentinə rəhbərlik edib. 2024-cü ilin mayında SOCAR-da Qaz İnfrastrukturunun İdarəedilməsi və İnkişafı Departamentinin rəhbəri, həmin ilin noyabrında isə Gürcüstan Nümayəndəliyinin direktoru təyin olunub. 2025-ci ildə SOCAR Midstream Gas Operations MMC-nin Baş Biznes İnzibatçısı, 2026-cı ilin Fivral ayında isə Baş Maliyyə İnzibatçısı vəzifəsinə təyin edilib.